IMG-LOGO

Bu gün Bakının bu ərazilərində qaz olmayacaq

20 Jun 2024 09:45 156 baxış
IMG

Bu gün Bakının Sabunçu rayonunun bəzi qəsəbə və yaşayış massivlərinin bir hissəsinin qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə Lent.az-a "Azəriqaz"dan məlumat verilib.

Bildirilib ki, "Maştağa" qaz paylayıcı stansiyasında (QPS) "Maştağa-Nardaran" əhali orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin təmiri və yerinin dəyişdirilməsi işləri ilə əlaqədar iyunun 20-də saat 10:00-dan "Maştağa-Nardaran" əhali orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin Xanlar küçəsinin, Bilgəh Albalılıq və Maştağa Albalılıq yaşayış massivlərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Mənbə: lent.az

Xəbər lenti