IMG-LOGO

Şərab çəlləyində boğulan kişi xilas olundu

19 Sep 2026 15:57 2 baxış
IMG
2 0

İspaniyada 73 yaşlı kişi qeyri-adi vəziyyətlə üzləşib. O, şərab çəlləyinin içində ilişib qalıb və bir müddət sonra nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Təqaüdçünü xilas etmək üçün xilasedicilər hadisə yerinə cəlb olunub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Karsedo-de-Lomes yaşayış məntəqəsində baş verib. Kişi özü çəlləyin içindən xilasetmə xidmətinə zəng edib.

Məlumata görə, çəlləyin daxilində qazlar və fermentasiya qalıqları toplandığından onun nəfəs alması çətinləşib.

Xilasedicilər hadisə yerinə çatana qədər dispetçerlər kişinin qonşularından biri ilə əlaqə saxlayaraq kömək istəyiblər. Qonşu yaşlı kişini tutaraq onun çəlləyin dibindəki bərk qalıqların içinə daha dərindən batmasına imkan verməyib.

Xilasedicilər əvvəlcə kişini çəlləyin yuxarı hissəsindəki dəlikdən çıxarmağa çalışıblar. Lakin dəliyin çox dar olduğu məlum olub.

Bundan sonra xilasedicilər çəlləyin konstruksiyasını qismən dəyişiblər. Onu üfüqi vəziyyətə gətirdikdən sonra kişini içəridən çıxarmaq mümkün olub.

Xilasetmə əməliyyatı təxminən yarım saat davam edib. Azad edilən kişi müayinə üçün xəstəxanaya aparılıb. Həkimlər onda ciddi xəsarət aşkarlamayıblar.

Hadisələr dünyadan xəbərlər şərab çəlləkləri çaxır İspaniya

Mənbə: lent.az

Xəbər lenti