IMG-LOGO

Hər gün mayonez yemək olmaz – Mütəxəssis

11.06.2024 09:35 58 baxış
IMG

Bir çox insanlar mayonezdən əsas sous kimi istifadə etməyi sevir. Çünki onun heç bir zərərinin olmadığını düşünürlər. Bəziləri isə zərərli olduğuna görə bu qida məhsulundan istifadə etməkdən qorxurlar.

Lent.az xəbər verir ki, mayonez az miqdarda istehlak edildikdə xüsusi bir zərəri yoxdur.

Ancaq mütəxəssislər bildirir ki, gündəlik mayonezin istifadə edilməsi zamanı xolesterol səviyyəsi qaçılmaz olaraq artacaq.

Nəticədə ürək-damar sisteminin işində pozulmalar başlayır. Həmçinin, unutmayın ki, mayonezin müntəzəm istehlakı çəki artımına səbəb ola bilər. 

Əgər mağazadan satın alınan mayonezdən danışırıqsa, onda allergik reaksiyaya səbəb ola biləcək komponentlər ola bilər.

Qarğıdalı siropu və soya lesitini bu mənfi xüsusiyyətə malikdir.

Bundan əlavə, mayonezdə kifayət qədər böyük miqdarda şəkər də var. Nəticədə şəkərli diabetin inkişaf riski yüksək ola bilər. Buna görə də gündəlik mayonez istehlakından imtina etməlisiniz.

Xəbər lenti