IMG-LOGO

Ballak tezliklə milyonçu olacaq

11.06.2024 09:48 15 baxış
IMG

Almaniya millisinin keçmiş futbolçusu Mixael Ballak yaxın günlərdə nadir “Ferrari” avtomobilini hərraca çıxaracaq.

Lent.az xarici mediaya istinadən bildirir ki, Ballak bu dəfə tamamilə başqa səbəblə məşhurlaşıb. “Çelsi”nin keçmiş futbolçusu tezliklə ciddi pul qazanacaq.

“Ferrari 250 GT SWB California Spyder” Kaliforniyada hərraca çıxarılacaq. Onun avtomobili dünyanın ən ikonik modellərindən biridir, ona görə də qiyməti 14 milyon avroya çatır. Hər şey məşhur futbolçunun tezliklə milyonçu olacağından xəbər verir.

Ballak “Ferrari”ni 2008-ci ildə "Çelsi"də oynayarkən alıb. O, əfsanəvi “Formula 1” pilotu Mixael Şumaxerlə yaxın dostluq münasibətləri qurduqdan sonra modeli almağa qərar verib. Avtomobil 14 il futbolçuya xidmət edib.

“Ferrari 250 GT SWB California Spyder” çox yüksək xüsusiyyətlərə malikdir. Avtomobilin maksimal sürəti 390 km/saatdır. O, 100 km/saata yeddi saniyəyə sürətlənir.

Qeyd edək ki, 2012-ci ildə Ballak idmanı tərk edib. O, karyerası ərzində “Bavariya”, “Çelsi”, “Bayer Leverkuzen” və “Kayzerslautern” klublarında oynayıb. Nailiyyətlərinə Almaniya millisində 98 oyun da daxildir. Onlarda 42 qol vurub.

O, idmanı tərk etdikdən sonra məşhur müdafiəçi haqqında heç nə eşidilməyib. Bununla belə, alman futbolçu futboldan əl çəkməyib və agent olub. 47 yaşlı Ballak özünün idarəetmə şirkətini qurub.

Xəbər lenti