IMG-LOGO

Messi dünyanın ən yaxşı komandasının adını çəkdi

07 Jun 2024 17:11 122 baxış
IMG

Karyerasının böyük hissəsini Kataloniya “Barselona”sında keçirmiş Amerika “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi dünyanın ən yaxşı komandasının adını çəkib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Messi “Real Madrid”i hazırda dünyanın ən yaxşı komandası adlandırıb:

“Ən yaxşı komanda “Real Madrid”dir, çünki onlar Çempionlar Liqasının qalibidir”.

Qeyd edək ki, “Real” finalda “Borussiya Dortmund”a qalib gələrək 2023/24 mövsümündə İspaniya çempionluğunu və Çempionlar Liqasını qazanıb.

Mənbə: lent.az

Xəbər lenti