IMG-LOGO

“İşə düzəldəcəyik” dedilər, adına 10-a yaxın şirkət açıldı -VİDEO

04 Sep 2026 15:41 4 baxış
IMG
1 0

Vətəndaş işə düzəltmək vədi ilə sənədlərinin alındığını, daha sonra isə onun adına 10-a yaxın şirkət açıldığını iddia edir.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Asudə Şotuyeva məsələ ilə bağlı açıqlamasında həmin şirkətlərin fəaliyyəti nəticəsində adına minlərlə manat vergi borcu yarandığını bildirib.

Onun sözlərinə görə, yaranan borclara görə ölkədən çıxışına məhdudiyyət qoyulub. Maddi vəziyyətinin ağır olduğunu deyən qadın, həmçinin sosial yardım ala bilmədiyini vurğulayıb.

“Nə sosial yardım ala bilirəm, nə də ölkədən çıxa bilirəm”, – deyə vətəndaş qeyd edib.

Şotuyeva problemin araşdırılmasını, onun xəbəri və iştirakı olmadan adına açıldığı iddia edilən şirkətlərlə bağlı hüquqi tədbirlərin görülməsini istəyir.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi açıqlanmayıb.

 

işə düzəltmə vədi saxta şirkət vergi borcu vətəndaş şikayəti sosial yardım ölkədən çıxış qadağası dələduzluq iddiası şirkət qeydiyyatı vergi xəbərləri Azərbaycan xəbərləri

Mənbə: lent.az

Xəbər lenti