IMG-LOGO

Avtomobildən 2 kişinin meyiti tapıldı

07 Jun 2024 15:01 130 baxış
IMG

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında içərisində iki meyit olan avtomobil aşkarlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, “Hyundai Solaris” markalı avtomobil Leninqrad vilayətinin Vsevolojsk rayonunda tapılıb.

Sürücü oturacağında 36 yaşlı kişinin meyiti, sərnişin oturacağında isə 24 yaşlı kişinin meyiti olub.

Hazırda meyitlər ölümün səbəblərinin müəyyən edilməsi üçün morqa göndərilib.

Mənbə: lent.az

Xəbər lenti