IMG-LOGO

Bakıda maşın qadını vurub öldürdü

07 Jun 2024 10:29 162 baxış
IMG

Bakıda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib. Ü. Namazov idarə etdiyi "Paz" markalı avtomobillə yolu keçən Abbasova Mehriban Veysəl qızını vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən yerindəcə ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Mənbə: lent.az

Xəbər lenti