IMG-LOGO

Üzüklər, yaxtalar və milyonlar: Məşhurlara keçmiş sevgililəri nə hədiyyə edib?

29 Aug 2026 19:09 7 baxış
IMG
52 0

Məşhurların şəxsi həyatı qədər, onların sevgililərindən aldıqları bahalı hədiyyələr də daim diqqət mərkəzində olub.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bəzi ulduzlara milyonlarla dollar dəyərində üzük, yaxta və daşınmaz əmlak hədiyyə edilib.

Cennifer Lopez

2002-ci ildə Ben Afflek sevgilisinə 2,5 milyon dollar dəyərində nadir çəhrayı brilyant qaşlı üzük hədiyyə edib.

Meraya Keri

Ceyms Paker müğənniyə təxminən 5 milyon dollar dəyərində yaxta bağışlayıb. Bundan əlavə, baş tutmayan toylarına görə ona 10 milyon dollar kompensasiya ödəyib.

Rihanna

Milyarder Həsən Cəmil müğənniyə ümumi dəyəri 1 milyon dollardan çox olan lüks zinət əşyaları və üzük hədiyyə edib.

Naomi Kempbell. Rusiyalı milyarder Vladislav Doronin məşhur model üçün Londonun mərkəzində ən bahalı mənzillərdən birini alıb.

məşhurlar bahalı hədiyə keçmiş sevgili yaxta üzük

Mənbə: lent.az

Xəbər lenti