IMG-LOGO

Uzun müddət azadlıqdan məhrum edilən əcnəbilər bu ölkədən deport olunacaq

26 Aug 2026 07:14 3 baxış
IMG
2 0

Çexiyanın hakim koalisiyası üç il və ya daha çox müddətə azadlıqdan məhrum edilən əcnəbilərin ölkədən avtomatik deportasiya olunmasını təklif edəcək.

Bu barədə ÇTK agentliyi parlamentin Aşağı Palatasının spikeri və SPD (“Azadlıq və Birbaşa Demokratiya”) partiyasının lideri Tomio Okamuraya istinadən məlumat yayıb.

Məlumata görə, bu barədə hakim koalisiyaya daxil olan SPD, ANO (“Narazı Vətəndaşların Aksiyası”) və “Motorist” hərəkatlarının liderləri razılığa gəliblər. Ədliyyə naziri Eronim Teyts bununla bağlı sənəd layihəsi hazırlayıb.

Okamura bildirib ki, avtomatik deportasiyaya səbəb olacaq cinayətlərin siyahısı müəyyən ediləcək və bu qayda azı üç il həbs cəzası nəzərdə tutan cinayətlərə şamil olunacaq.

Hazırda Çexiyada cinayət törətmiş əcnəbilərin deportasiyası avtomatik həyata keçirilmir və bununla bağlı qərarı məhkəmələr verir.

Hakim koalisiya həmçinin, əcnəbilər də daxil olmaqla, bütün məhkumlar üçün zorlama cinayətinə görə cəzaların sərtləşdirilməsi barədə razılığa gəlib. Ədliyyə naziri prokurorlar üçün təlimat hazırlayır.

Prokurorların, xüsusilə bu cinayətə görə məhkəmələr tərəfindən yüngül cəza verildiyi hallarda daha çox apellyasiya şikayəti verməsi nəzərdə tutulur.

deportasiya

Mənbə: lent.az

Xəbər lenti