IMG-LOGO

Ronaldonun "Əl-Nəsr"dəki gələcəyi ilə bağlı AÇIQLAMA

01 Jun 2024 09:57 102 baxış
IMG

“Əl-Nəsr”in baş direktoru Quido Fienqa, hücumçu Kriştiano Ronaldonun klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, klub direktoru futbolçunun gələn mövsüm də klubda qalacağını təsdiqləyib.

Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ildə azad agent kimi “Əl-Nəsr”ə keçib. Bu mövsüm Ronaldo bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Xəbər lenti