IMG-LOGO

Göygölə güclü yağışdan sonra DOLU DÜŞDÜ

31 May 2024 21:44 99 baxış
IMG

Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında güclü yağışdan sonra rayonun Aşıqlı kəndinə və ucqar kəndlərə dolu yağıb.

5-10 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib. Bundan başqa dolu Gəncənin Hacıkənd qəsəbəsində yağıb.

Qeyd edək ki, hazırda ölkənin qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Xəbər lenti