IMG-LOGO

Ağsunun kəndində MÜNAQİŞƏ: qonşunu güllələdi

31 May 2024 19:47 102 baxış
IMG

Ağsuda güllələnmə baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Padar kəndində qeydə alınıb. Hadisənin qonşular arasında münaqişə nəticəsində baş verdiyi bildirilir.

İkin məlumata görə, atəş nəticəsində qonşu digər qonşusunu ov tüfəngi ilə qol nahiyəsindən ağır yaralayıb.

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Xəbər lenti