IMG-LOGO

Ambulans həyətə girə bilmədi, uşağı oturacaqda doğdu

31 May 2024 16:52 100 baxış
IMG

Rusiyanın Vladivostok sakini çoxmərtəbəli binanın həyətində uşaq dünyaya gətirmək məcburiyyətində qalıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Neybut küçəsində baş verib. Yeni binanın həyətinə təcili tibbi yardım maşınının daxil olması ilə bağlı problem yaranıb. Nəticədə ambulansı gözləyə bilməyən qadın həyətdəki skamyada uzanıb və doğum burada gerçəkləşib.

Xoşbəxt bir təsadüf nəticəsində doğuş yaxşı keçib. Ana və körpənin durumu qənaətbəxşdir. Yeni doğulmuş körpə yalnız cüzi soyuqdəymədən əziyyət çəkib.

Xəbər lenti