IMG-LOGO

Lotereyadan əvvəl 2 milyon, indi də 100 min dollar uddu

12 Aug 2026 18:00 3 baxış
IMG
3 0

ABŞ-ın Şimali Karolina ştatının sakini Kristian Breton iki il ərzində ikinci dəfə lotereyada böyük məbləğ udub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Solsberi şəhərində yaşayan Breton ötən həftə aldığı lotereya bileti ilə 100 min dollar qazanıb. O, 2024-cü ildə 2 milyon dollar udduqdan sonra şansını bir daha sınamaq qərarına gəlib.

Şimali Karolina sakini bildirib ki, bu dəfə qazandığı pulu aztəminatlı ailələrin uşaqlarının qarşıdakı tədris ilinə hazırlanmasına yardım üçün xərcləyəcək.

“Bunun yenidən baş verdiyinə inana bilmirdim. Çox şanslıyam. Yerli icmaya qayğı göstərmək istəyirəm. Bu, möhtəşəm hissdir. Həqiqətən bəxtim gətirib”, – deyə Breton bildirib.

Vergilər çıxıldıqdan sonra kişinin əlinə təxminən 72 min dollar keçib. Breton ilk böyük uduşundan isə vergilərdən sonra 858 min dollar əldə edib və həmin vəsaitdən anasına kömək etmək üçün istifadə edib.

dünyadan xəbərlər lotereya

Mənbə: lent.az

Xəbər lenti