IMG-LOGO

Tehranda elə yanğın oldu ki... ölən və yaralılar var

09 Aug 2026 11:19 3 baxış
IMG
0 0

İranın Tehran əyalətində yerləşən Nəsirabad sənaye şəhərciyində istehsalat obyektində güclü yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə İranın Fars agentliyi Tehran əyalətinin təcili tibbi yardım qurumunun rəsmilərinə istinadən yayıb.

Hadisə alışqan və alışqan qazı istehsal edilən müəssisədə qeydə alınıb. Yanğın nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Tehran Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Şervin Təbrizinin məlumatına görə, yanğın barədə yerli vaxtla saat 07:20-də məlumat daxil olub. Hadisə yerinə təcili yardım briqadaları və xüsusi nəqliyyat vasitələri göndərilib.

Yanğının səbəbi barədə hələlik məlumat verilməyib.

 

 

 

İran Tehran Nəsirabad yanğın sənaye obyekti ölən yaralanan Fars

Mənbə: lent.az

Xəbər lenti