ABŞ-da Şavanda Stiverson adlı qadın anasının son arzusunu yerinə yetirərək ənənəvi dəfn mərasimi əvəzinə simvolik toy təşkil edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadının anası Delfiya Uilson sağlığında dəfn mərasimlərini sevmədiyini bildirib və ölümündən sonra onun şərəfinə matəm deyil, bayram təşkil olunmasını istəyib. O, eyni zamanda ömrü boyu möhtəşəm toy arzusunda olsa da, bu arzusunu gerçəkləşdirə bilməmişdi.
Şavanda Stiverson anasının istəyini həyata keçirmək üçün simvolik toy mərasimi təşkil edib və onu "göylərə gəlin köçürüb".
Amerikalı qadın bildirib ki, bu addımla həm anasının külünü son mənzilə yola salmaq, həm də illərlə həyata keçməyən ən böyük arzusunu reallaşdırmaq istəyib.
Şavanda Stiverson
dünyadan xəbərlər dəfn toy
Mənbə: lent.az