IMG-LOGO

Sibiqa: Azərbaycanla ticarət dövriyyəsinin müharibədən əvvəlki həcminin bərpa olunmasında maraqlıyıq

06 Aug 2026 13:45 4 baxış
IMG

Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 600 milyon ABŞ dollarına çatıb, Kiyev qarşılıqlı ticarətin Rusiya-Ukrayna müharibəsinin başlanmasından əvvəl qeydə alınmış səviyyəyə qədər bərpa olunmasında maraqlıdır.

"Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bildirib.

"Ticarət dövriyyəsindən danışırıqsa, biz qarşımıza müharibədən əvvəlki dövrün səviyyəsinə çatmaq məqsədi qoymuşuq. Hazırda biz təxminən 600 milyon ABŞ dolları səviyyəsinə çatmışıq", - o qeyd edib.

Onlar, həmçinin Ukraynada iqtisadi əməkdaşlıq məsələləri üzrə ikitərəfli Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəliblər.

A.Sibiqa bildirib ki, Ukrayna Azərbaycan şirkətlərinin investisiyalarını dəyərləndirir və onların iştirakının genişləndirilməsinə, eləcə də yeni birgə layihələrin həyata keçirilməsinə ümid edir.

Xatırladaq ki, 2021-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 922,4 milyon ABŞ dolları təşkil edib.

Mənbə: report.az

Xəbər lenti