Ukraynanın Nijni Novqorod vilayətinə pilotsuz uçuş aparatı ilə (PUA) endirdiyi zərbə nəticəsində üç böyük və bir uşaq yaralanıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qubernator Qleb Nikitin bildirib.
Onlara tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.
"Gecə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri Nijni Novqorod vilayətində PUA zərbələrini dəf edib. Radioelektron mübarizə nəticəsində bir aparat ağaca çırpılıb, bir hissəsi partlayıb. Qəlpələrin ətrafa səpələnməsi yaxınlıqdakı yaşayış binasının mənzilində yanğına səbəb olub. Təəssüf ki, dörd nəfər xəsarət alıb, onlardan biri uşaqdır", - o qeyd edib.
Mənbə: report.az