IMG-LOGO

Paşinyan: 2031-ci ilə qədər 2 milyard dollarlıq qanunsuz əmlak dövlətə qaytarılacaq

06 Aug 2026 11:33 3 baxış
IMG

2031-ci ilə qədər Ermənistana 2 milyard dollar dəyərində qanunsuz əmlak qaytarılmalıdır.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib.

"Biz 2026-2031-ci illər ərzində dövlətə təxminən 2 milyard dollar məbləğində qanunsuz əldə edilmiş aktivləri qaytarmağı qarşıya məqsəd qoymuşuq", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, qanunsuz əmlakın (pul vəsaitlərinin, daşınmaz əmlakın) müsadirəsi üzrə hüquqi mexanizmlər tam şəkildə işə düşməyə başladıqca bu cür gözləntilər daha real olur.

Paşinyan qeyd edib ki, təxminən 8 il - 2025-ci ilin sonunadək bu mexanizmlər Konstitusiya Məhkəməsinin müvafiq qərarı və bir sıra digər hüquqi aktlar qəbul olunana qədər formalaşma prosesində olub.

O qeyd edib ki, bu hədəflər hökumətin 2026-2031-ci illər üzrə proqramında da təsbit olunub.

Mənbə: report.az

Xəbər lenti