IMG-LOGO

17 il əvvəl itkin düşən pişik tapıldı: sahibinə qaytarılır

06 Aug 2026 10:21 4 baxış
IMG
0 0

Fransada Dijon şəhər sakini 2009-cu ildə itkin düşən Motsart adlı pişiyinin hələ də sağ olduğunu öyrənib.

Lent.az xəbər verir ki, 18 yaşlı pişik Fransanın Jirond departamentində, Lej-Kap-Ferre kommunasında heyvanları xilas edən könüllülər tərəfindən tapılıb. Meşə yanğınlarından zərər çəkən heyvanların xilas edilməsi əməliyyatı zamanı aşkarlanan pişiyin mikroçipi yoxlanılıb və onun əvvəlki sahibinin məlumatları müəyyən edilib. Bundan sonra qadınla əlaqə saxlanılıb.

Məlumata görə, Motsart əvvəllər də bir neçə gün evdən uzaq qalır, lakin hər dəfə geri qayıdırmış. Lakin 2009-cu ildə yoxa çıxdıqdan sonra onun birdəfəlik itdiyi düşünülüb.

Ehtimal edilir ki, pişik bu illər ərzində onu sahiblənən başqa bir ailənin yanında yaşayıb.

Yaxın günlərdə heyvanın mühafizəsi ilə məşğul olan təşkilatların vasitəçiliyi ilə Motsartın əsl sahibinə təhvil verilməsi planlaşdırılır.

dünyadan xəbərlər maraq maraqlı xəbərlər

Mənbə: lent.az

Xəbər lenti