IMG-LOGO

Rusiya Qara dənizdə yük gəmilərinə dron zərbələri endirib

06 Aug 2026 09:39 4 baxış
IMG

Rusiya Silahlı Qüvvələri Qara dənizdə iki quru yük gəmisini pilotsuz uçuş aparatları ilə vurub.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qurumun məlumatına görə, gəmilər Odessanın cənubunda və şərqində olub, onlar hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirirdilər.

Daha əvvəl Müdafiə Nazirliyi bildirmişdi ki, avqustun 5-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Odessanın cənubunda üç quru yük gəmisini vurub.

Mənbə: report.az

Xəbər lenti