IMG-LOGO

Ucarda şəhidin qardaşı FACİƏLİ şəkildə öldü

07.05.2024 15:54 102 baxış
IMG

Ucarda 25 yaşlı oğlan faciəli şəkildə ölüb. 

Lent.az xəbər verir ki, Elvin Tağızadəni elektrik cərəyanı vurub.

Hadisə nəticəsində o, həyatını itirib. Nişanlı mərhumun yaxın günlərdə toyunun olacağı bildirilib.

Qeyd edək ki, Elvin Tağızadə Mingəçevir şəhərində yaşayan, Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Cahangir Tağızadənin qardaşıdır. 19 yaşlı şəhid Cahangir Tağızadə əslən Kəlbəcərdəndir.

Xəbər lenti