Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir.
Lent.az xəbər verir ki, təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
Bakıdan Dubaya aviabiletlərin qiyməti
Bir tərəfə:
Gecə reysləri – 88 avrodan Səhər reysləri – 108 avrodanGediş-dönüş:
Gecə reysləri – 168 avrodan Səhər reysləri – 208 avrodanDubaydan Bakıya aviabiletlərin qiyməti
Bir tərəfə:
Gecə reysləri – 348 dirhəmdən Səhər reysləri – 428 dirhəmdənGediş-dönüş:
Gecə reysləri – 666 dirhəmdən Səhər reysləri – 828 dirhəmdənQeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.