IMG-LOGO

"Mançeser Yunayted"dən antirekord

07 May 2024 05:51 219 baxış
IMG

İngiltərənin "Mançester Yunayted" komandası Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib.

Lent.az xəbər verir ki, "qırmızı şeytanlar" 36-cı turda "Kristal Pelas"a 0:4 hesab ilə uduzmaqla cari mövsümdə 13-cü məğlubiyyətini alıb. Bu da Mançester təmsilçisinin liqadakı ən pis göstəricisidir.

Komanda tarixində indiyədək bir mövsüm ərzində 13 məğlubiyyət yaşamamışdı.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda 54 xalla səkkizinci pillədə qərarlaşıb.

Mənbə: lent.az

Xəbər lenti