"Üzüklərin hökmdarı" filmindəki Kral Teoden və "Titanik" filmində kapitan Edvard Smit rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə Hillin meneceri Lou Coulson məlumat yayıb.
1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəminin kapitanı Edvard Smiti canlandırıb.
Hill, ən çox Oskar mükafatı alan "Üzüklərin hökmdarı" filmində Kral Teoden rolunu oynayıb.