IMG-LOGO

30 il əvvəl Everestin "ölüm zona"sında ölən adamın meyiti təxliyyə olunur

02 Jul 2026 10:28 2 baxış
IMG
0 0

Everest dağında təxminən 30 il qalan hindistanlı alpinistin kimliyi müəyyən edilib və onun cəsədinin təxliyəsinə hazırlıq görülür.

Lent.az Almaniyanın "Bild" qəzetinə istinadla xəbər verir ki, uzun illər digər alpinistlər arasında yaşıl rəngli çəkmələrinə görə "Yaşıl çəkmələr" ləqəbi ilə tanınan şəxsin kimliyi DNT analizi nəticəsində təsdiqlənib.

Məlum olub ki, həyatını itirən şəxs 47 yaşlı Hindistan vətəndaşı Dorce Morupdur. Onun cəsədi Everestin dəniz səviyyəsindən 8 min metrdən yuxarı yerləşən və alpinistlər arasında ölüm zonası kimi tanınan hissəsində qalıb.

Məlumata görə, cəsədin təxliyəsinin yay mövsümündə həyata keçirilməsi planlaşdırılır. Tibet tərəfdən aparılacaq əməliyyat üçün azı altı təcrübəli şerpanın iştirakı tələb olunur. Bundan əlavə, cəsədin əvvəlcə Katmanduya, daha sonra isə Hindistana çatdırılması üçün Çin hakimiyyətinin xüsusi icazəsi də alınmalıdır.

Qeyd edək ki, Everestdə 8 min metrdən yuxarı hissə ölüm zonası adlanır. Burada oksigen səviyyəsinin son dərəcə aşağı olması səbəbindən xilasetmə və təxliyə əməliyyatları olduqca çətin və təhlükəli hesab edilir.

Everest dağ

Mənbə: lent.az

Xəbər lenti