IMG-LOGO

Rusiya PUA-larla Kiyevə hücum edib, ölənlər var - YENİLƏNİB

02 Jul 2026 05:48 5 baxış
IMG
0 0

Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 16-ya çatıb.

Lent.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.

Onun sözlərinə görə, kütləvi hava hücumları paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında mülki infrastruktur obyektlərinə və yaşayış binalarına ciddi ziyan vurub.

Tkaçenko dağıntılar altında insanların qala biləcəyini bildirib və ölənlərlə yaralananların sayının arta biləcəyini istisna etməyib. ***

Rusiyanın pilotsuz uçuş aparatları ilə hücumu fonunda Kiyev yaxınlığında hava hücumundan müdafiə (HHM) sistemləri fəaliyyətə başlayıb.

Bu barədə "RBK-Ukrayna" Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.

"Kiyevlilər, hazırda paytaxtın yaxınlığında HHM bölmələri düşmən hədəflərinə qarşı işləyir", - deyə Tkaçenko bildirib.

Onun sözlərinə görə, dronların paytaxt istiqamətində hərəkətini davam etdirməsi ehtimalı var. O, yaxın günlərdə kombinə edilmiş hücumun da mümkün olduğunu qeyd edib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri sakinləri hava həyəcanı ləğv edilənədək sığınacaqlarda qalmağa çağırıb.

Rusiya-Ukrayna müharibəsi kiyev

Mənbə: lent.az

Xəbər lenti