Fransanın "Renault" avtomobil konserni Çin istehsalçılarının artan rəqabəti fonunda 2027-ci ilin sonunadək 800 mühəndisi ixtisar etməyi planlaşdırır.
Lent.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Şirkət bununla yanaşı 150-200 yeni mühəndis işə götürməyi və əməkdaşların bir hissəsi üçün yenidən ixtisaslaşdırma proqramı həyata keçirməyi planlaşdırır.
RenaultMənbə: lent.az