İranın İnqilab Keşikçiləri Korpusunun nümayəndələri Dünya çempionatı pərdəsi altında gizli şəkildə ABŞ-a girməyi planlaşdırırıblar və bu da ölkə üçün təhlükə yarada bilərmiş
ABŞ daxili təhlükəsizlik naziri Markueyn Mallin bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nümayəndələrini ABŞ-a daxil olan milli futbol komandasının rəsmi nümayəndə heyətinə daxil etməyə cəhd edib.
Lent.az bildirir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Daha əvvəl xəbər verildiyi kimi, İran milli komandasının ABŞ-da keçirilən Dünya çempionatında iştirakı siyasi mübahisələr, gərginlik və daxili fikir ayrılıqları ilə üzləşib. Bu fonda İranın idman naziri Əhməd Doniamali geniş şəkildə ictimailəşdirilən açıqlamalar verməyə davam edir.
Onun son açıqlamaları müstəqil İran jurnalistlərinin tənqidinə səbəb olub və onlar hökuməti mövqelərində ziddiyyətli olmaqda və sözləri ilə hərəkətləri arasında uyğunsuzluqda günahlandırıblar.
Tənqidçilər qeyd ediblər ki, nazir əvvəllər milli komandanın turnirdən çıxma ehtimalını nəzərdən keçirib, sonra isə komandanın ABŞ-a səfərini pisləyib və bunu milli ləyaqətə zərbə adlandırıb. İndi isə tənqidçilər hökumətin əvvəlki "şərəf" açıqlamalarının niyə artıq onun hərəkətləri ilə uyğun gəlmədiyini soruşurlar.
İran İnqilab Keşikçiləri Korpusu Dünya çempionatı futbol ABŞMənbə: lent.az