Yeni beynəlxalq reytinq dünyanın ən yaxşı hava limanlarını müəyyənləşdirib və nəticələr gözlənilməz olub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hava səyahətləri bir neçə saat ərzində dünyanın demək olar ki, istənilən nöqtəsinə çatmağa imkan versə də, uçuş prosesi çox vaxt sərnişinlər üçün çətin sınağa çevrilir.
Dünyanın ən yaxşı hava limanlarının reytinqi “AirHelp” şirkəti tərəfindən hazırlanıb. Mütəxəssislər hava limanlarını üç əsas meyar üzrə qiymətləndiriblər: reyslərin vaxtında yerinə yetirilməsi, infrastruktur və komfort, həmçinin sərnişinlərin ümumi məmnunluğu.
Vaxtında uçuş göstəricisi hesablanarkən reyslərin gecikməsi və ləğvi nəzərə alınıb. Daha sonra bütün göstəricilər birləşdirilərək hər hava limanı üçün yekun qiymət müəyyən edilib.
Reytinqdə birinci yeri və dünyanın ən yaxşı hava limanı adını Panamanın paytaxtı Panama şəhərində yerləşən Tokumen Beynəlxalq Hava Limanı qazanıb. İlk onluqdakı digər hava limanları bəzi kateqoriyalar üzrə daha yüksək nəticə göstərsələr də, məhz yüksək punktuallıq Tokumen hava limanına lider olmağa imkan verib.
İkinci yeri Braziliyanın Fortaleza şəhərində yerləşən Pinto Martins Hava Limanı, üçüncü yeri isə Cənubi Afrikanın Keyptaun Hava Limanı tutub.
ABŞ-dan yalnız bir hava limanı iyirmiliyə düşə bilib. Portlend Hava Limanı reytinqdə 18-ci yerdə qərarlaşıb.
Panama birinci yer sayəsində qalib ölkə olsa da, ən böyük uğuru Braziliya əldə edib. Fortaleza Pinto Martins Hava Limanı ikinci yeri tutub, ümumilikdə isə ilk 20-likdə yer alan hava limanlarının doqquzu Braziliyada yerləşir.
Reytinqə Cənubi Afrika və Yaponiyanın da bir neçə hava limanı daxil olub. Cənubi Afrika Keyptaun (3-cü yer) və Durban Kinq Şaka (7-ci yer), Yaponiya isə Osaka-İtami (12-ci yer), Fukuoka (15-ci yer) və Naqoya-Çubu (20-ci yer) hava limanları ilə siyahıda təmsil olunub.
“AirHelp”in reytinqinə görə dünyanın ən yaxşı 20 hava limanı:
Tokumen Hava Limanı – Panama şəhəri, Panama Pinto Martins Hava Limanı – Fortaleza, Braziliya Keyptaun Hava Limanı – Cənubi Afrika Resifi/Quararapes – Gilberto Freyre Hava Limanı – Braziliya Braziliya – Prezident Juselino Kubiçek Hava Limanı – Braziliya Rio-de-Janeyro Santos-Dümon Hava Limanı – Braziliya Durban Kinq Şaka Hava Limanı – Cənubi Afrika Belem Val-de-Kans Hava Limanı – Braziliya Bude Hava Limanı – Norveç Billund Hava Limanı – Danimarka Virakopus–Kampinas Hava Limanı – Braziliya Osaka-İtami Hava Limanı – Yaponiya Sinqapur Çangi Hava Limanı – Sinqapur Santyaqo Hava Limanı – Çili Fukuoka Hava Limanı – Yaponiya Rio-de-Janeyro-Qalean Hava Limanı – Braziliya Salvador Deputado Luis Eduardo Maqalyaeş Hava Limanı – Braziliya Portlend Hava Limanı – ABŞ Belo-Orizonti Tankredu Neves Hava Limanı – Braziliya Naqoya-Çubu Hava Limanı – Yaponiya. dünyadan xəbərlər maraq maraqlı xəbərlər hava limanları aeroport reytinq araşdırmaMənbə: lent.az