IMG-LOGO

Rusiyada təyyarə qəzaya uğradı, ölənlər var

17 Jun 2026 22:29 4 baxış
IMG
0 0

Moskva vilayətində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Lent.az “Baza” teleqram kanalına istinadən xəbər verir ki, qəza Sergiyevo-Posad şəhər dairəsi ərazisində baş verib.

Məlumata görə, təyyarə yerə düşdükdən sonra yanmağa başlayıb.

Əvvəlcə uçuş-enmə zolağı üzərindən keçib, daha sonra qəfil meşəlik əraziyə doğru irəliləyib.

Hadisə nəticəsində pilot və sərnişin həyatını itirib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

rusiya təyyarə qəza

Mənbə: lent.az

Xəbər lenti