IMG-LOGO

Dəniz sahilindən 500 illik kartoflar tapıldı - Hələ də yeməlidir -VİDEO

16 Jun 2026 18:43 5 baxış
IMG
5 0

Perunun cənubundakı sahildə aparılan arxeoloji qazıntılar zamanı təxminən 500 il əvvələ aid nadir kartof nümunələri aşkarlanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlərin sözlərinə görə, tapılan bu kartoflar xüsusi üsulla dondurularaq qurudulma (sublimasiya) yolu ilə hazırlanıb.

Araşdırmaçılar bildiriblər ki, son yüz ildən artıq müddətdə bu cür nümunələrə çox nadir hallarda rast gəlinib. Çunyo adlanan bu məhsullar İnka imperiyasının Akari vadisində tapılıb. Mütəxəssislər hesab edirlər ki, bu kartoflar qarla örtülü And dağlarının yüksək ərazilərindən imperiyanın müxtəlif bölgələrinə daşınıb.

Tədqiqat müəlliflərinin fikrincə, çunyonun hazırlanması yalnız yüksək dağlıq və soyuq iqlim şəraitində mümkün olub. Buna görə də belə məhsulun okean sahillərində yerləşən yaşayış məntəqələrində tapılması İnkaların ərzaqları imperiya daxilində uzun məsafələrə daşıdığını sübut edən mühüm arxeoloji dəlildir.

Məlumata görə, təzə kartof isti iqlimdə bir həftə ərzində xarab olur. Bundan başqa, bəzi kartof növləri əvvəlcədən emal edilmədikdə acı və zəhərli ola bilir.

Bu problemin həlli üçün qədim And sakinləri çunyo hazırlamaq üsulunu inkişaf etdiriblər. Kartof əvvəlcə qış aylarında dağlarda hökm sürən sərt şaxtanın təsiri altında dondurulub, daha sonra isə gün ərzində güclü günəş şüaları altında əridilib.

Bu proses bir neçə dəfə təkrarlandıqdan sonra kartof sıxılaraq qurudulub və nəticədə qara çunyo əldə edilib. Tambo-Vyexoda aşkarlanan ağ çunyo isə təbii olaraq zəhərli və acı dadlı kartof növlərindən hazırlanıb. Belə kartoflar dondurulduqdan sonra həftələrlə suda saxlanılıb, daha sonra qurudulub.

dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti