IMG-LOGO

ABŞ və İran razılaşmasına dair SON MƏLUMATLAR

16 Jun 2026 10:28 2 baxış
IMG
0 0

ABŞ və İran rəsmiləri iki ölkə arasında davam edən müharibəyə son qoymaq, ABŞ-ın İrana qarşı tətbiq etdiyi blokadanı dayandırmaq və Hörmüz boğazını yenidən beynəlxalq gəmiçilik üçün açmaq barədə razılığa gəldiklərini açıqlayıblar.

Reuters bu razılaşmaya dair ən son məlumatları təqdimedir.

Məlumata görə, ilkin xarakter daşıyan bu razılaşma neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub, lakin İranın nüvə proqramının gələcəyi ilə bağlı məsələlər əlavə danışıqlara saxlanılıb.

Məlumata görə, razılaşma hələlik çərçivə sazişi formasındadır və fevral ayında ABŞ-İsrail zərbələri ilə başlayan, minlərlə insanın həyatına son qoyan və qlobal enerji bazarlarını sarsıdan münaqişənin həlli istiqamətində ən mühüm addım hesab olunur.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, tərəflər arasında memorandum imzalanıb və sənədin tam mətni yaxın günlərdə açıqlanacaq. ABŞ-ın vitse-prezidenti Cey Di Vensin isə İsveçrənin Cenevrə şəhərində keçiriləcək rəsmi imzalanma mərasimində iştirak edəcəyi gözlənilir.

Reuters yazır ki, əldə olunan razılaşma çərçivəsində Hörmüz boğazı yenidən gəmiçilik üçün açılacaq. Bu addım qlobal neft tədarükü ilə bağlı narahatlıqları azaldıb və beynəlxalq bazarlarda neftin qiymətinin aşağı düşməsinə səbəb olub. Brent markalı neftin qiyməti bir gündə təxminən 5 faiz ucuzlaşıb.

Bununla belə, İranın nüvə proqramı ilə bağlı yekun qərar hələ qəbul edilməyib. ABŞ tərəfi Tehranın nüvə silahı əldə etməməsi ilə bağlı təminatlar tələb edir. Eyni zamanda, İran üçün sanksiyaların yumşaldılması, dondurulmuş aktivlərin azad edilməsi və ölkənin bərpasına dəstək mexanizmləri də müzakirə olunur.

Agentliyin məlumatına əsasən, Livanda Hizbullah ilə İsrail arasında qarşıdurmalar davam edir. İsrailin Baş naziri Benyamin Netanyahu Livandakı hərbi əməliyyatların davam etdirilməsinin zəruri olduğunu bildirib. İran isə İsrailin Livandakı zərbələrinin dərhal dayandırılmasını tələb edib.

Ekspertlər hesab edirlər ki, əldə olunan razılaşma regionda gərginliyin azalmasına kömək edə bilər. Bununla belə, sənədin tam icrası və uzunmüddətli sülhün əldə olunması tərəflər arasında aparılacaq növbəti danışıqlardan asılı olacaq.

 

 

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi Reuters ABŞ İran Donald Tramp Hörmüz boğazı nüvə proqramı Cenevrə sülh sazişi neft qiymətləri Yaxın Şərq Hizbullah İsrail Benyamin Netanyahu sanksiyalar diplomatik danışıqlar

Mənbə: lent.az

Xəbər lenti