IMG-LOGO

Moskva-Naxçıvan reysində sərnişin təyyarə qapısını tualetlə səhv salaraq açmaq istədi

15 Jun 2026 22:30 5 baxış
IMG
0 0

Moskva-Naxçıvan marşrutu üzrə uçan sərnişin təyyarəsində qeyri-adi hadisə baş verib.

Lent.az xəbər verir ki, “Baza” teleqram kanalının məlumatına görə, “Utair” aviaşirkətinə məxsus təyyarə Xəzər dənizi üzərində uçarkən sərnişinlərdən biri qəfil xidmət qapısını açmağa cəhd edib.

Nəticədə bortda siqnalizasiya sistemi işə düşüb. Təyyarə bələdçiləri qadını vaxtında saxlayaraq mümkün təhlükənin qarşısını alıblar.

Daha sonra məlum olub ki, sərnişin tualeti axtararkən qapıları səhv salıb və xidmət qapısını açmağa çalışıb.

Məlumata görə, təyyarə Naxçıvana çata bilməyib. Lakin buna səbəb hadisə deyil, əlverişsiz hava şəraiti olub. Naxçıvan hava limanı reysləri qəbul etmədiyindən hava gəmisi ehtiyat hava limanı kimi Gəncəyə eniş edib.

moskva naxçıvan təyyarə tualet

Mənbə: lent.az

Xəbər lenti