IMG-LOGO

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq öldü

14 Jun 2026 07:38 3 baxış
IMG
0 0

Təhlükəsizlik vasitələri olmadan təhlükəli hərəkətləri ilə tanınan yəmənli alpinist Əntar əl-Absi Damt vulkanının qaynayan kraterinə yıxılıb.

Lent.az xəbər verir ki, bu barədə Yəmən Mülki Müdafiə Xidmətinə istinadla Yemen Online məlumat yayıb. Hadisə Hörümçək Adam ləqəbi ilə tanınan Əntar əl-Absinin dırmanmasını lentə alan tamaşaçıların gözü qarşısında baş verib.

Xilasedicilər alpinistin yoxa çıxmasından dərhal sonra axtarış əməliyyatına başlayıblar. Onun cəsədi yatmış vulkanın içərisindəki isti, kükürdlü sularda tapılıb.

vulkan yəmən alpinist

Mənbə: lent.az

Xəbər lenti