Cəmi 310 kvadratmetr sahəyə malik olan bu ada fantastik filmlərdən çıxmış bir məkan təsiri bağışlasa da, əslində tamamilə realdır. Üzərində yalnız bir ev və bir ağacın yerləşdiyi "Just Room Enough" ("Yalnız kifayət qədər yer") adası dünyanın ən kiçik yaşayış adası hesab olunur.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, qeyri-adi ada ABŞ-ın Nyu-York ştatındakı Alexandriya Bay sahilləri yaxınlığında, Seint Lavrens çayı üzərində yerləşir. Adanın ölçüsü o qədər kiçikdir ki, onu təyyarədən görmək belə çətin ola bilər.
Məlumata görə, ada əvvəlcə istirahət məkanı kimi istifadə olunmaq üçün alınıb. Sonradan onun üzərində kiçik bir ev tikilib və bir ağac əkilib. Nəticədə "Just Room Enough" adı ilə tanınan bu ada dünyanın ən maraqlı yaşayış məkanlarından birinə çevrilib.
“Ginnesin Rekordlar Kitabı”nın məlumatına əsasən, "Just Room Enough" hazırda dünyanın ən kiçik məskunlaşılmış adası kimi rekordçu statusunu qoruyur. Adanın ümumi sahəsi təxminən 310 kvadratmetrdir. Bu isə böyük ölçülü bir mənzilin sahəsinə bərabərdir.
Beynəlxalq konvensiyaya əsasən, böyük su hövzəsinin səthindən yuxarı qalxan hər bir quru sahəsi Thousand arxipelaqının adası hesab oluna bilər. Lakin bunun üçün həmin ərazidə ilboyu yaşayan ən azı bir ağacın olması şərtdir.
1950-ci ildə varlı Sayzlend ailəsi bu adanı istirahət məkanına çevirmək məqsədilə satın alıb. Sonradan onlar burada kiçik bir ev tikərək bir ağac əkiblər. Məhz bu dəyişikliklərdən sonra "Just Room Enough" adası dünyanın ən kiçik məskunlaşılmış adalarından biri kimi məşhurlaşıb. Adanın üzərindəki ev, ağac və ətrafındakı dar quru zolağı onu turistlərin və maraqlı məkan həvəskarlarının diqqət mərkəzinə çevirib.
Onlar adadakı bütün mövcud ərazidən istifadə edərək burada ev tikib, ağac əkiblər və adanı əvvəlcə "Hub" adlandırıblar. Lakin sonradan onun adı "Just Room Enough" ("Yalnız kifayət qədər yer") olaraq dəyişdirilib. Ailə bu kiçik adanın bir gün dünyaca məşhur turizm məkanına çevriləcəyini təsəvvür belə etməyib.
Bir vaxtlar “The Washington Post” qəzetində də adadan bəhs olunub. Nəşr ziyarətçilərə burada son dərəcə diqqətli olmağı tövsiyə edib. Qəzet yazıb ki, "bir yanlış addım atsanız, özünüzü suda tapacaqsınız".
Məhz bu qeyri-adi xüsusiyyəti "Just Room Enough" adasını turistlər üçün daha da maraqlı edir. Cəmi 310 kvadratmetrlik ərazidə yerləşən ev və tək ağac dünyanın ən kiçik yaşayış adalarından birini formalaşdırır. Adanın kiçik ölçüsü səbəbindən sakinlər və qonaqlar hərəkət edərkən son dərəcə ehtiyatlı olmalıdırlar.
dünyadan xəbərlər maraq maraqlı xəbərlərMənbə: lent.az