IMG-LOGO

Xamenei bu tarixdə dəfn ediləcək

13 Jun 2026 15:09 4 baxış
IMG
2 0

İranın sabiq ali rəhbəri Əli Xameneinin ofisi vida və dəfn mərasimlərinin keçiriləcəyi tarixləri açıqlayıb.

Lent.az xəbər verir ki, mərasimlər iyulun 4-dən 9-dək davam edəcək.

Açıqlamada bildirilib ki, iyulun 4 və 5-də Tehrandakı İmam Xomeyni adına baş məsciddə vida mərasimləri keçiriləcək. Dəfn mərasimi iyulun 6-da Tehranda, iyulun 7-də Qum şəhərində, iyulun 9-da isə Məşhəddə təşkil olunacaq və burada Xamenei torpağa tapşırılacaq.

Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub. Mart ayında hücumların davam etməsi səbəbindən həmin vaxt vida mərasimlərini keçirmək mümkün olmayıb. Buna görə tədbirlər təxirə salınıb və onların keçirilməsi üçün zəruri infrastruktur hazırlanıb.

Xameneinin ölümündən sonra İranın yeni ali rəhbəri onun oğlu Müctəba Xamenei olub. İran KİV-lərinin məlumatına görə, o, hələlik ictimaiyyət qarşısına çıxmayıb, lakin rəsmi kanallar vasitəsilə vətəndaşlara müraciətlər ünvanlayıb.

dünyadan xəbərlər Xamenei İran

Mənbə: lent.az

Xəbər lenti