IMG-LOGO

3 il komada olan şahzadə vəfat etdi

12 Jun 2026 11:26 3 baxış
IMG
0 0

Tailand kralı Maha Vaçiralonqkornun böyük qızı, şahzadə Bacrakitiyabha 47 yaşında vəfat edib.

Lent.az Al Jazeera-ya istinadən xəbər verir ki, o, 2022-ci ilin dekabrından bəri komada idi və Banqkokdakı xəstəxanada müalicə alırdı. Bu barədə Tailand Kral Sarayı məlumat yayıb.

Şahzadə 2022-ci ilin dekabrında itlərini gəzdirərkən qəfil huşunu itirmişdi. Sonradan onun ürək problemləri və bir sıra ağırlaşmalar səbəbindən komaya düşdüyü açıqlanmışdı. Son illərdə vəziyyəti daha da ağırlaşıb, ağciyər və böyrək funksiyalarının qorunması üçün tibbi avadanlıqlardan istifadə olunurdu.

Bacrakitiyabha Tailandda hüquq sahəsində fəaliyyəti ilə tanınırdı. O, prokuror kimi çalışıb, Tailandın Avstriyadakı səfiri olub və BMT-nin Cənub-Şərqi Asiyada qanunun aliliyinə dair xoşməramlı səfiri vəzifəsini icra edib. Şahzadə, həmçinin qadın məhbusların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən layihələrə rəhbərlik edirdi.

Kral ailəsinin yaydığı məlumata görə, şahzadənin dəfn mərasimi Tailandın kral ənənələrinə uyğun şəkildə təşkil olunacaq. Onun ölümü Tailand monarxiyasının gələcəyi və taxt-tacın varisliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bacrakitiyabha kralın ən nüfuzlu övladlarından biri hesab olunurdu və mümkün varislərdən biri kimi görülürdü.

 

Tailand şahzadəsi Bacrakitiyabha Tailand kral ailəsi Maha Vaçiralonqkorn Tailand kralı şahzadə Bacrakitiyabha kral ailəsi Tailand xəbərləri dünya xəbərləri şahzadənin ölümü koma kral sarayı Banqkok Tailand monarxiyası taxt-tac varisi Al Jazeera Asiya xəbərləri kral ailəsində itki Tailand şahzadəsi vəfat etdi BMT xoşməramlı səfiri qadın məhbusların hüquqları hüquqşünas şahzadə Avstriyada səfir beynəlxalq xəbərlər Thailand Princess Bajrakitiyabha Princess Bajrakitiyabha dies Thai royal family King Maha Vajiralongkorn

Mənbə: lent.az

Xəbər lenti