IMG-LOGO

Parisdə tirannozavr dərisindən hazırlanmış çanta 150 min avroya satıldı

12 Jun 2026 06:45 4 baxış
IMG
0 0

Tirannozavr qalıqlarından əldə edilmiş kollagen nümunələri əsasında laboratoriyada yaradılmış dəridən hazırlanan çanta Parisdə keçirilən hərracda 150 min avroya satılıb.

Lent.az Hərracı Drouot auksion evi təşkil edib.

Lotun ilkin qiyməti 300-500 min avro arasında qiymətləndirilsə də, yekunda 150 min avroya alıcı tapıb.

Unikal çanta polşalı dizayner Mixal Xadasın rəhbərlik etdiyi Enfin Leve şirkəti tərəfindən hazırlanıb və yalnız bir nüsxədə mövcuddur.

Çanta gümüş aksessuarlar, qara brilyantlar və neylon qayışla təchiz olunub.

Lotun təsvirində qeyd olunub ki, lüks məhsullar tarixən nadir heyvanların dərisindən hazırlanaraq güc və əlçatmazlıq simvoluna çevrilib. Lakin bu yanaşma bir çox növün məhv olmasına səbəb olub.

Yeni material isə nəsli kəsilmiş heyvandan deyil, tirannozavrın bərpa edilmiş və modelləşdirilmiş kollagen zülalları əsasında laboratoriyada hüceyrə səviyyəsində yaradılmış dəridən hazırlanıb.

Auksion evinin məlumatına görə, bu texnologiya itirilmiş canlılar aləminin bioloji şəkildə yenidən canlandırılması ideyasını simvolizə edir.

Paris, tirannozavr, çanta, Drouot, Mixal Xadas, Enfin Leve, hərrac, Fransa  

Tirannozavr paris dəri çantan

Mənbə: lent.az

Xəbər lenti