IMG-LOGO

Yeni Zelandiyada güclü zəlzələ oldu

10 Jun 2026 07:13 3 baxış
IMG
1 0

Yeni Zelandiyanın cənubunda 6 bal gücündə zəlzələ baş verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Cənubi Sakit okeanda, Oklend adaları bölgəsində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə heç bir məlumat verilməyib.

Oklend adaları, Yeni Zelandiyanın ən cənub məskunlaşmış hissəsi olan Stüart adasından 400 km cənubda yerləşən yaşayış olmayan bir arxipelaqdır.

Yeni Zelandiya

Mənbə: lent.az

Xəbər lenti