IMG-LOGO

ABŞ Hind okeanındakı adaları almaq istəyir

08 Jun 2026 04:23 3 baxış
IMG
0 0

ABŞ administrasiyası Çaqos arxipelaqının Mavrikidən satın alınması imkanını nəzərdən keçirir.

Lent.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton Hind okeanında ABŞ-Böyük Britaniya hərbi bazasının yerləşdiyi Çaqos arxipelaqı üzərində nəzarəti gücləndirmək niyyətindədir. Məqsəd bölgədə Çinin təsirinin artmasının qarşısını almaqdır.

Bildirilir ki, bu addımdan əvvəl ABŞ Böyük Britaniya ilə Mavriki arasında arxipelaqın suverenliyinin ötürülməsi barədə əldə olunan razılaşmanı da təsdiqləməlidir.

Qeyd edək ki, 2025-ci ildə Böyük Britaniya və Mavriki Çaqos arxipelaqının Mavrikiyə qaytarılması ilə bağlı razılaşma imzalayıblar. Sazişə əsasən, Dieqo-Qarsiya adasında yerləşən ABŞ-Böyük Britaniya hərbi bazası 99 il müddətinə fəaliyyətini davam etdirəcək.

Tarixən Çaqos arxipelaqı əvvəlcə Mavrikinin tərkibində olub. 1965-ci ildə isə Böyük Britaniya tərəfindən ayrıca inzibati ərazi kimi ayrılıb. Daha sonra ABŞ Dieqo-Qarsiya adasında hərbi baza yaradıb və arxipelaqın yerli əhalisi ərazidən köçürülüb.

abş çaqos

Mənbə: lent.az

Xəbər lenti