IMG-LOGO

Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi tapıldı

07 Jun 2026 22:36 3 baxış
IMG
1 0

Rusiya-Ukrayna müharibəsində itkin düşmüş hesab edilən azərbaycanlının nəşi tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edərkən həlak olub.

O, bir müddət əvvəl itkin düşmüş hesab olunurdu. Sonradan nəşi aşkar edilib.

Vaqif Qəhrəmanov daha əvvəl Rusiyanın Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayıb. O, ailəli olub və 5 övlad atası idi.

Onun nəşinin yaxın günlərdə dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilir.

 

Rusiya-Ukrayna müharibəsi

Mənbə: lent.az

Xəbər lenti