Papa Leo XIV İspaniyanın bir çox şəhərinə səfərə başlayarkən jurnalistlərə etiraf edib ki, papa "bütün komandalara məxsus olsa da", "Real"ın azarkeşidir.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, təyyarədə jurnalistlərlə söhbət edərkən o, gülümsəyərək qeyd edib ki, bir keşiş kimi "tərəf seçə" bilmir, amma bir insan kimi Madrid klubuna üstünlük verir. Lakin o, futbol seçimlərinin nə vaxt formalaşdığını dəqiqləşdirməyib.
Vatikan xatırladıb ki, “Real” əvvəllər papanı seçilməsi münasibətilə təbrik edib və onun xidməti dünyada sülhün, həmrəyliyin və ədalətin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
İspaniyaya səfəri zamanı Roma Papası Madrid, Barselona, Qran-Kanariya və Tenerife də daxil olmaqla bir neçə şəhərə səfər edəcək. Proqrama mədəniyyət, iqtisadiyyat və idman nümayəndələri ilə görüşlər də daxildir və “Santyaqo Bernabeu” stadionunda böyük tədbirlərdən biri keçiriləcək.
Papa Leo XIV sevimli futbol klubu etirafMənbə: lent.az