Peruda “Mühafizəkar Xalq Qüvvəsi” partiyasının lideri Keiko Fujimori ilə solçu "Birlikdə Peru üçün" partiyasının namizədi Robert Sançes arasında təkrar prezident seçkiləri keçiriləcək.
Lent.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla 8 iyun səhər saat 7:00-da açılacaq və axşam saat 17:00-da bağlanacaq.
Qeyd edək ki, 12 apreldə keçirilən seçkilərin birinci turunda Fujimori səslərin 17,192%-ni, Sançes isə 12,039%-ni toplamışdı.
Səslərin 11,912%-ni toplayaraq üçüncü yeri tutan Limanın sabiq meri Rafael Lopes Əliağa seçkilərin təkrar keçirilməsini tələb edib. Bu həftə o, tərəfdarlarını ikinci turda Fujimorini dəstəkləməyə çağırıb.
Peru seçkiMənbə: lent.az