IMG-LOGO

Alla Puqaçova məhkəmədə qalib gəldi

06 Jun 2026 04:38 7 baxış
IMG
2 0

Rusiyada Moskvanın Presnensk rayon məhkəməsi Federal Korrupsiya ilə Mübarizə və Təhlükəsizlik Layihəsinin (FPBK) rəhbəri Vitali Borodinin müğənni Alla Puqaçovaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddiasını tam şəkildə rədd edib.

Lent.az-ın məlumatına görə, bu barədə müğənninin maraqlarını təmsil edən hüquqşünaslar meduza.io-ya bildiriblər.

İddianın səbəbi Puqaçovanın jurnalist Katerina Qordeyeva ilə 2025-ci ilin sentyabrında "YouTube"da yayımlanan müsahibəsi olub. Borodinin fikrincə, müsahibənin 8 saniyəlik hissəsi onun şərəf və ləyaqətini ləkələyir. Həmin hissədə Puqaçova deyir: "Borodin, hazır ol! "Donos"çular və satqınlar, diqqətli olun!"

Borodin müğənnidən təkzib, beş milyon rubl (təxminən 115 330 manat - red.) məbləğində kompensasiya və videonun silinməsini tələb edib.

Müğənninin vəkili bildirib ki, iddia "şifahi replikanın təhrif olunmuş yazılı fiksasiyası" üzərində qurulub.

"Hesab edirik ki, "donosçular və satqınlar" sözləri birbaşa Borodinə yönəlməyib. Ona qarşı yalnız "Borodin, hazır ol" ifadəsi səsləndirilib - bunu linqvist ekspertlər də təsdiqləyib. Bundan başqa, bu, onun dövlət orqanlarına etdiyi çoxsaylı müraciətlərlə bağlı faktlara əsaslanan tənqidi qiymətləndirmədir. Borodin özü də bu barədə dəfələrlə açıq şəkildə danışıb", - deyə müğənninin nümayəndələri bildiriblər.

Məhkəmədə Borodin bildirib ki, heç vaxt onun ictimai şəkildə "donosçu" və ya "satqın" adlandırıldığını eşitməyib. Buna cavab olaraq hüquqşünaslar mediada onun bu cür adlandırıldığı 80 səhifəlik material təqdim ediblər.

Borodin öz "Telegram" kanalında qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

alla puqaçeva məhkəmə

Mənbə: lent.az

Xəbər lenti