IMG-LOGO

Rusiya bu azərbaycanlını yenidən axtarışa verdi

06 Apr 2024 12:00 260 baxış
IMG

Rusiya azərbaycanlını beynəlxalq axtarışa verib. 

Lent.az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. 

Qeyd olunur ki, Azərbaycanın Xanlar rayonundan olan, 54 yaşlı Əliasdan Quluzadə silahlı soyğunçuluqda ittiham olunur. 

Rusiya hüquq-mühafizə orqanları onun tutulması üçün İnterpola müraciət edib. 

Qeyd edək ki, Əliasdan Quluzadə 2014-cü ildə də Rusiya Federasiyasının axtarışı əsasında Azərbaycanda saxlanılmış və daha sonra sərbəst buraxılmışdı. 

Mənbə: lent.az

Xəbər lenti