IMG-LOGO

İran PUA-sı Küveyt aeroportunu belə vurdu - HADİSƏ ANI

04 Jun 2026 11:01 4 baxış
IMG
32 0

İran dronunun Küveyt Beynəlxalq Hava Limanının terminalına zərbə endirdiyi anın görüntüləri yayılıb.

Lent.az "MOUZE" teleqram kanalına istinadən həmin görüntüləri təqdim edir: 

https://t.me/mouzeiran/10996

***

3 iyun, saat 13:41

İranın raket və pilotsuz uçuş aparatları ilə Küveyt Beynəlxalq Hava Limanına həyata keçirdiyi hücum nəticəsində bir nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb.

*** 10:36

Küveyt hava limanı İranın hücumundan sonra fəaliyyətini müvəqqəti dayandırıb, sərnişin terminalında zədələnmələr qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saud əl-Atvan bildirib ki, dronlar birinci terminaldakı sərnişin zalına hücum edib:

“Bu, binaya ciddi maddi ziyan vurub və bir neçə nəfərin yaralanmasına səbəb olub. Yaralananlara zəruri tibbi yardım göstərilib”.

Hava limanından uçuşlar təxirə salınıb, təyyarələr alternativ hava limanlarına yönləndirilir.

Küveyt Müdafiə Nazirliyi çərşənbəyə keçən gecə ölkə ərazisinə raket və pilotsuz uçuş aparatları ilə edilən hücumların dəf edildiyini açıqlayıb.

ABŞ-İran müharibəsi Küveyt Beynəlxalq Hava Limanı

Mənbə: lent.az

Xəbər lenti