IMG-LOGO

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alındı

04 Jun 2026 06:15 5 baxış
IMG
0 0

Kamçatka sahillərində gecə saatlarında 30-a yaxın zəlzələ baş verib.

Lent.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, Kamçatka sahillərində 6,0 bal gücündə hiss olunan zəlzələdən sonra 30-dan çox seysmik hadisə baş verib.

Agentlik bildirib ki, "Sakit Okeanda dəniz dibinin 41 kilometr dərinliyində 6,0 bal gücündə zəlzələ qeydə alınıb. Bir neçə saat ərzində ərazidə təxminən 30 zəlzələ baş verib".

Yaşayış məntəqələrinin sakinləri yalnız bir təkan hiss ediblər və o 3 bal gücündə olub. Sunami təhlükəsi elan edilməyib.

kamçatka zəlzələ

Mənbə: lent.az

Xəbər lenti