Azərbaycan Dillər Universitetinin yataqxanası yanır.
Lent.az xəbər verir ki, hadisə universitetin Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən yataqxanasında meydana gəlib.
Əraziyə yanğınsöndürənlər cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.